...

Bakı metrosunda yeni qaydalar FOTOLARDA

Cəmiyyət Materials 9 May 2020 07:43 (UTC +04:00)
Bakı metrosunda yeni qaydalar FOTOLARDA

Bakı. Trend:

Bakı metropoliteninin stansiyaları bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, stansiyaların girişlərində sərnişinlərin platformalara növbəli buraxılması üçün dəmir hasarlar quraşdırılıb. Stansiyalara tibbi maskasız daxil olmaq qadağan edilib və bu barədə girişdə xəbərdarlıq elanları yazılıb.

Bununla yanaşı, bütün stansiya vestibülləri və platformalarında sərnişinlərə sosial məsafə saxlamaq barədə maarifləndirici tablolar asılıb. Metronun bütün vaqonlarında da oturacaqlara həmin xəbərdarlıq elanları vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti