...

Ramin Bayramlı: Koronavirus xəstələri üçün immun plazma müalicəsi aparılır

Cəmiyyət Materials 9 May 2020 17:14 (UTC +04:00)
Ramin Bayramlı: Koronavirus xəstələri üçün immun plazma müalicəsi aparılır

Bakı. İlhamə İsabalayeva – Trend:

Koronavirus xəstələri üçün immun plazma müalicəsinin aparılması məqsədilə ilk işlər görülüb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı qeyd edib ki, sağalmış xəstələrdən immun plazma əldə edilib, artıq ilk ağır reanimasyon xəstələrə plazma köçürülüb. Bunun nəticələri barədə əlavə məlumat veriləcək.

Onun sözlərinə görə, ölkədə çarpayı fondunun kifayət qədər olmasına baxmayaraq, yeni istifadəyə verilən ilk modul tipli xəstəxana çarpayı fondunun daha da artmasına imkan verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti