...

Mübariz Qurbanlı: Problemli ailələrdə böyüyən uşaqlar cəmiyyət üçün çətinliklər yaradır

Cəmiyyət Materials 15 May 2020 16:01 (UTC +04:00)
Mübariz Qurbanlı: Problemli ailələrdə böyüyən uşaqlar cəmiyyət üçün çətinliklər yaradır

Bakı. İlhamə İsabalayeva - Trend:

Problemli ailələrdə böyüyən uşaqlar gələcəkdə cəmiyyət üçün də müəyyən çətinliklər yaradır. Burada narkomaniya və cinayətkarlıq kimi fəsadlar özünü göstərir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Ailənin möhkəm təməllər üzərində qurulmasını vacib sayan M.Qurbanlı qeyd edib ki, gələcəkdə ailə institutunun dağılacağı barədə də fikirlər müzakirə edilir:

"Biz bəzi ölkələrdə hətta nikahın aradan götürüldüyünü, başqa formalı ailələrin qurulduğunu görürük. Ailə institutunu mütləq qoruyub saxlamaq lazımdır".

M.Qurbanlı əlavə edib ki, bu gün Azərbaycan dövləti tərəfindən ailələrə hər cür dəstək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti