...

AzMİU-nun tələbə qəbulu planı təsdiq olunub

Cəmiyyət Materials 16 May 2020 11:00 (UTC +04:00)
AzMİU-nun tələbə qəbulu planı təsdiq olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2020/2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə tələbə qəbulu planı təsdiqlənib.

AzMİU-dan Trend-ə bildirilib ki, yeni qəbul planına əsasən, bu il universitetin bakalavr pilləsinə 31 ixtisas üzrə ümumilikdə 1950 plan yeri ayrılıb. Onlardan 1575 yer Azərbaycan bölməsi, 220 yer rus bölməsi, 155 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. Azərbaycan bölməsində bəzi ixtisaslar üzrə 60 yer qiyabi təhsil almaq istəyənlər üçün ayrılıb.

Növbəti tədris ili üçün daha bir yeniliklər də öz əksini tapıb. Belə ki, bakalavr pilləsi üzrə qəbul planında yeni ixtisaslar – lojistika və sənaye mühəndisliyi xtisasları yer alıb.

Ötən il olduğu kimi, yeni tədris ilində İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı İstanbul Texniki Universiteti ilə birgə ikili diplom proqramı, Kommunikasiya sistemləri mühəndisliyi ixtisaslarında isə bakalavr hazırlığı Fransanın İncəsənət və sənətşünaslıq Milli Konservatoriyası (CNAM) ilə ikili diplom proqramı üzrə dövlət sifarişi əsasında aparılacaq.

Bakalavr pilləsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti