...

Yaqut Qarayeva: Bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil

Cəmiyyət Materials 18 May 2020 17:31 (UTC +04:00)
Peyvənd yaradılana kimi bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil.
Yaqut Qarayeva: Bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Peyvənd yaradılana kimi bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil.

Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu virusa qarşı xüsusi vaksin və dərman yoxdur:

"Bu xəstəliyin nə zamana kimi davam edəcəyini bilmirik. Biz bəzi qaydalara əməl etsək, xəstəlik də qısamüddətli olar. İnsanlar qarşısında çətin şərtlər qoymuruq. Onlar bir-birləri arasında məsafə saxlamalıdırlar. Qapalı şəraitdə mütləq şəkildə tibbi maskalardan istifadə edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti