...

Azərbaycandan Qazaxıstana 43 nəfər yola salındı

Cəmiyyət Materials 20 May 2020 10:06 (UTC +04:00)
Azərbaycandan Qazaxıstana 43 nəfər yola salındı

Bakı. Trend:

Koronavirus pandemiyası ilə bağlı sərhədlərin bağlanması səbəbindən Azərbaycanda qalan 35 nəfər Qazaxıstan və bu ölkədə yaşamaq icazəsi olan 7 nəfər Azərbaycan, 1 nəfər Rusiya vətəndaşı dəniz yolu vasitəsilə Qazaxıstana yola salınıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Trend-ə verilən məlumata görə, xüsusi karantin rejimində tətbiq olunan yumşalmalar və iki ölkə arasında əldə olunan razılıq əsasında sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsi ilə 19 may saat 22:30-da Ələt qəsəbəsində yerləşən Bakı limanından Kurık limanına göndərilib.

Sərnişinlərin hər biri yola salınmazdan öncə koronavirusa qarşı testdən keçiblər. Həmin şəxslərdə koronavirus aşkar edilməyib. Sərnişinlərin test xərclərini ASCO üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti