...

Bakı Slavyan Universiteti ikinci ali təhsil və ixtisasdəyişmə proqramları üzrə tələbə qəbulu elan edir

Cəmiyyət Materials 9 İyun 2020 11:17 (UTC +04:00)

Bakı. Trend:

Bakı Slavyan Universiteti (BSU) 2020-2021-ci tədris ilində ikinci ali təhsil və ixtisasdəyişmə proqramları üzrə tələbə qəbulu elan edir.

İkinci ali təhsil və ixtisasartırma üzrə ixtisaslar:

– “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”;
– “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”;
– “Xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus dilləri üzrə)”;
– “İbtidai sinif müəllimliyi” (Azərbaycan və rus bölmələri);
– “Təhsildə sosial-psixoloji xidmət” (Azərbaycan və rus bölmələri);
– “Məktəbəqədər təlim və tərbiyə” (Azərbaycan və rus bölmələri);
– “Beynəlxalq münasibətlər”.
İkinci ali təhsil üzrə təhsil müddəti 3 il, ixtisasartırma üzrə təhsil müddəti 1 ildir.
Tələb olunan sənədlər
1. Rektorun adına ərizə;
2. Ali təhsil haqqında diplomun surəti;
3. Qiymət vərəqinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti;
5. 4 ədəd fotoşəkil (3×4);
6. İş yerindən arayış;
7. Nikah haqqında şəhadətnamənin surəti;
8. Tərcümeyi-hal.
QEYD: (Diplom və diploma əlavə notarial qaydada təsdiq olunmalıdır).
– IV kurs tələbələri təhsil aldıqları universitetdən diplom əvəzi müvəqqəti olaraq arayış təqdim edə bilərlər;
– Sənədlər onlayn qəbul olunacaq: E-mail: [email protected]
Təfərrüat üçün Telefon: (012) 599-08-70 Daxili nömrə: 104 və ya 142
Mobil: (050) 333-73-80 saylı telefonlarla əlaqə saxlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti