...

Magistraturaya qəbul planı dərc edilidi

Cəmiyyət Materials 9 İyun 2020 11:43 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elanı dərc edib.
Magistraturaya qəbul planı dərc edilidi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elanı dərc edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu nömrədə, həmçinin “Bakalavrın elektron әrizәsi”ndә ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub:

"Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti