...

Peşə təhsili alan 424 tələbə təhsil haqqının dövlət hesabına ödənilməsi üçün müraciət edib

Cəmiyyət Materials 9 İyun 2020 17:44 (UTC +04:00)
Peşə təhsili alan 424 tələbə təhsil haqqının dövlət hesabına ödənilməsi üçün müraciət edib

Bakı. Trend:

Peşə təhsili alan 424 tələbə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi - http://e-telebe.edu.az vasitəsilə qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova deyib.

Onun sözlərinə görə, iyunun 8-dən etibarən portala müraciət edən tələbələrin informasiyaları dəqiqləşdirilir və onlara SMS vasitəsilə cavab verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti