...

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən videokonfranslar keçirilib (FOTO)

Cəmiyyət Materials 11 İyun 2020 12:45 (UTC +04:00)
Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən videokonfranslar keçirilib (FOTO)

Bakı. Trend:

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Balakən, Zaqatala, Qax və Şəki rayon Heydər Əliyev Mərkəzləri, Gənclər və İdman İdarələri, həmçinin Mingəçevir şəhər Gənclər və İdman idarəsi, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi, Şəki rayon Heydər Əliyev Mərkəzi, Şəki rayon İcra hakimiyyəti, Şəki rayon Gənclər və İdman İdarəsi, İsmayıllı və Qəbələ rayon Gənclər və İdman İdarələri, İsmayıllı rayon İcra hakimiyyəti, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə həmin rayonların bir sıra qeyri-hökumət təşkilatlarının, Gənclər Təşkilatlarının və gənclərin iştirakı ilə İnsan Hüquqları Aylığı çərçivəsində, həmçinin 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Heydər Əliyev fenomeni və Azərbaycanda insan hüquqları” mövzusunda silsilə videokonfranslar keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirlərdə Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov iştirakçılara Ombudsman Səbinə Əliyevanın salamlarını və qarşıdan gələn Milli Qurtuluş Günü ilə bağlı təbrikini çatdıraraq, Müvəkkilin təşəbbüsü ilə 18 may-18 iyun tarixlərində ölkədə “İnsan Hüquqları Aylığı”nın elan olunduğunu bildirib. Qeyd olunub ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində ilk addımlar Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə növbəti dəfə hakimiyyətə qayıdışından sonra atılıb. 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildiyi günün Azərbaycan tarixində dönüş günü, Azərbaycan dövlətinin parçalanmasının, dövlət müstəqilliyimizin itirilməsinin və ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alındığı gün olduğu vurğulanıb. Bildirilib ki, məhz bundan sonra ölkədə sabitlik bərpa olunub, hüquqi, demokratik dövlət quruculuğunda, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun yüksəldilməsində uğurlar əldə edilib, digər istiqamətlərlə yanaşı, məhkəmə-hüquq sahəsində də ardıcıl islahatlara başlanılıb.

Azərbaycan dövlətinin ali məqsədi olan insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul edilmiş dövlət proqramları, qanunvericilik aktları, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, həmçinin insan hüquq və azadlıqlarının qorunması sahəsində Ombudsmanın çoxşaxəli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzlərinin, Gənclər və İdman İdarələrinin rəhbərləri və gənclər tərəfindən keçirilən hüquqi maarifləndirmə tədbirlərinin əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsində mühüm rol oynadığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti