...

Azərbaycanda temperatur 42 dərəcəyə yüksələcək - Nazirlik xəbərdarlıq yaydı

Cəmiyyət Materials 11 İyun 2020 14:30 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın temperaturunun yüksəlməsi ilə bağlı xəbərdarlıq edib.
Azərbaycanda temperatur 42 dərəcəyə yüksələcək - Nazirlik xəbərdarlıq yaydı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın temperaturunun yüksəlməsi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 13 və 14-də havanın temperaturu yüksələcək. Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

İyunun 13 və 14-də Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun 40 dərəcəyədək yüksəlməsi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhər görülmür.

İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti