...

Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb

Cəmiyyət Materials 12 İyun 2020 13:00 (UTC +04:00)
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb.
Mərkəzi Elmi Kitabxanada Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli şöbədə yaradılmış şəraitlə yaxından tanış olub.

Kitabxana rəhbərliyi ilə görüş keçirən akademik İsa Həbibbəyli Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan fenomen olduğunu qeyd edərək, Heydər Əliyev irsini gələcək nəsillərə ötürməyin hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayıb. Bildirib ki, yeni yaradılan şöbənin başlıca məqsədi dahi liderin xalqımıza əbədi miras qoyduğu milli-mənəvi sərvət sayılan irsini toplamaq, onun elektron versiyasını hazırlayaraq yerli və dünya oxucularına təqdim etməkdir.

"Dünyanın siyasi tarixində önəmli yer tutan böyük azərbaycanlı Heydər Əliyevin qoyduğu ənənələri, siyasi inkişaf yolunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev və bu yolda ona mənəvi dəstək olan birinci xanım Mehriban Əliyeva da bu əvəzsiz irsin mənəvi varisləridir. Xalqımız bu irsə böyük hörmətlə yanaşır və rəğbət bəsləyir. Kitabxana bundan sonrakı fəaliyyətində də Heydər Əliyev irsinin təbliğində əlindən gələni edəcəkdir", – deyə akademik İsa Həbibbəyli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti