...

Kamran Əliyev: Ötən həftə ilə müqayisədə daha çox şəxsə icazə verilib

Cəmiyyət Materials 12 İyun 2020 17:36 (UTC +04:00)
Kamran Əliyev: Ötən həftə ilə müqayisədə daha çox şəxsə icazə verilib

Bakı. Samir Əli - Trend:

Sərt karantin rejimi ilə əlaqədar ötən həftə ilə müqayisədə bu həftə daha çox şəxsə icazə verilib.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, fəaliyyətinə icazə verilən şəxslərin avtomobilləri də qeydiyyatdan keçirilməlidir: "Həmin şəxslər öz avtomobilində ailə üzvlərini və ya digər şəxsi daşıya bilməzlər. Buna o halda icazə verilər ki, həmin sərnişinin də fəaliyyətinə icazə verilsin. İcazəsi olan şəxsə isə avtomobillə yalnız işə gedib-gəlməyə icazə verilir. Vətəndaşlardan xahiş olunur ki, sərt karantin qaydalarına riayət etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti