...

Ramin Bayramlı: COVİD-19-a görə test ehtiyatımız kifayət qədərdir

Cəmiyyət Materials 18 İyun 2020 19:57 (UTC +04:00)
Ramin Bayramlı: COVİD-19-a görə test ehtiyatımız kifayət qədərdir

Bakı. İlhamə İsabalayeva - Trend:

COVİD-19-a görə test ehtiyatımız kifayət qədərdir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi olan test ehtiyatı tender vasitəsilə əldə edilib: “Alınan bütün testlər TƏBİB tərəfindən icra edilir. Bu testlər kifayət qədər yüksək keyfiyyətlidir və tam avtomatlaşdırılmış sistemdə icra edilir”.

R.Bayramlı əlavə edib ki, testin özünün maya dəyəri 40 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti