...

Karantin dövründə həkimə getməli olanlar nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 20 İyun 2020 11:25 (UTC +04:00)
Karantin dövründə həkimə getməli olanlar nə etməlidir? - RƏSMİ AÇIQLAMA

Bakı. Elçin Mehdiyev - Trend:

"icaze.e-gov.az" fəaliyyəti qadağan edilməmiş qurumların əməkdaşlarına icazə almaq üçün nəzərdə tutulan bir portaldır.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev bildirib ki, bu icazə sadəcə işə gəlmək və işdən getmək üçündür, SMS (8103) icazə sistemi isə yalnız zəruri olduğu halda yaşayış yerini tərk etmək üçün nəzərdə tutulur.

Tibb müəssisəsinə getmək üçün icazə 2 saatdır və əgər tibb müəssisəsində olma müddəti 2 saatı keçirsə bu halda vətəndaşlar tibbi müəssisəsindən arayış almalı və evə qayıdarkən bunu polis əməkdaşlarına təqdim etməlidir: “Və yaxud da hansısa müəssisədə xidmət almağa gedirsə və bu xidmət vaxtı 2 saatı keçirsə, vətəndaş həmin müəssisədən arayış almalıdır”.

O qeyd edib ki, vətəndaşlar ehtiyac olmadığı halda evdən çıxmamalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti