...

Bu vətəndaşların şəxsi avtomobildən istifadəsinə icazə verilir

Cəmiyyət Materials 20 İyun 2020 12:02 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabinetinin qərarı ilə karantin dövründə fəaliyyətinə icazə verilən şəxslər şəxsi avtomobilllərindən istifadə edə biləcəklər.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərin xüsusi avtomobillərlə yalnız işə gedib-gəlməsinə şərait yaradılacaq: "Avtomobili idarə edən şəxsin fəaliyyətinə icazə verilərsə, həmin avtomobilin hərəkətinə qadağa yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti