...

BMT-nin 75 illiyi ilə əlaqədar başladılmış qlobal sorğu davam edir

Cəmiyyət Materials 28 İyun 2020 15:33 (UTC +04:00)
BMT-nin 75 illiyi ilə əlaqədar başladılmış qlobal sorğu davam edir

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) 75-ci ildönümü ilə əlaqədar başlanmış qlobal sorğu davam edir.

Trend-in məlumatına görə, bir dəqiqə sürən sorğunun iştirakçıları qlobal problemlər və onların çözüm yollarına dair fikirlərini bildirmək, eləcə də BMT-nin baş katibinə konkret təkliflər verə bilərlər.

Qeyd edək ki, sorğunun nəticələri bu ilin sentyabrın 21-də Nyu-Yorkda BMT-nin 75 illiyinə həsr olunmuş sammitdə dünya liderlərinə və BMT rəsmilərinə təqdim olunacaq. Bundan başqa, sorğu iştirakçılarının cavabları hazırlanmaqda olan “Vision 2045” (Baxış 2045) qlobal sənədinin əsasını təşkil edəcək.

Azərbaycan dilinə tərcümə olunmuş sorğuda iştirak etmək üçün: https://un75.online/?lang=aze.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti