...

“Özünü qoru, çevrəni xilas et" Media Hərəkatının üzvləri tərəfindən maarifləndirici aksiya təşkil olunub (FOTO)

Cəmiyyət Materials 29 İyun 2020 12:34 (UTC +04:00)
“Özünü qoru, çevrəni xilas et" Media Hərəkatının üzvləri tərəfindən maarifləndirici aksiya təşkil olunub (FOTO)

Bakı. Trend:

“Özünü qoru, çevrəni xilas et" Media Hərəkatı üzvləri koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində istirahət günləri maarifləndirici aksiya keçiriblər. Hərəkata qoşulan media təmsilçiləri yaşadıqları ərazidə, çevrələrində maskadan istifadə etməyən qonşularına, yaxınlarına maska paylayıb, qoruyucu vasitələrdən istifadənin, sosial məsafə saxlamağın, gigiyenik qaydalara əməl etməyin zəruriliyini söyləyiblər.

“Yaşadığımız ərazidə maskadan istifadə etməyən qonşularımıza maska verdik, qoruyucu vasitələrdən istifadənin vacibliyini bildirdik. Bir nəfəri belə qoruyucu vasitələrdən istifadə vərdişlərinə sövq edə bildiksə, çevrəmizin sağlamlığına azacıq töhfə vermiş olduq”.

Qeyd edək ki, həmkarımız İradə İbrahimova sosial şəbəkədə belə bir paylaşım edib.

Xatırladaq ki, ETSN-nin mətbuat katibi İ.İbrahimovanın təşəbbüsü ilə koronavirus pandemiyası ilə mübarizə məqsədilə “Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb və 100-dən artıq media təmsilçisi və jurnalist bu hərəkata qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti