...

Koronavirus əlamətləri olan şəxslər poliklinika ilə əlaqə saxlamalıdır - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 30 İyun 2020 19:07 (UTC +04:00)
Koronavirus əlamətləri olan şəxslər poliklinika ilə əlaqə saxlamalıdır - Səhiyyə Nazirliyi

Bakı. İlhamə İsabalayeva - Trend:

İndiyədək simptomu olan xəstələr COVİD-19 testi vermək və ya xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardıma müraciət ediblər. İndi isə bunun tətbiq edilcəyi ardıcıllıq dəyişdirilib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, özündə COVİD-19 xəstəliyinin əlamətlərini görən insanların poliklinikaya gəlməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər:

“Belə şəxslər poliklinika ilə əlaqə saxlayacaqlar. Bir çoxları sahə həkiminin də telefon nömrəsini bilir, onunla da əlaqə saxlamaq olar”.

N.Zeynalov qeyd edib ki, Bakıda və ətraf ərazilərdəki poliklinkaların əsasında 39 COVİD məntəqəsi yaradılıb: “Özündə COVİD əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqadalar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək.

Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti