...

Koreyadan ölkəmizə göndərilən 350 min qoruyucu maska Bakıya çatdırılıb (FOTO)

Cəmiyyət Materials 17 İyul 2020 17:07 (UTC +04:00)
Koreyadan ölkəmizə göndərilən 350 min qoruyucu maska Bakıya çatdırılıb (FOTO)

Bakı. Trend:

İyulun 17-də Koreya hökuməti tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycana göndərilən ümumi dəyəri 300 min ABŞ dolları təşkil edən 350 min ədəd qoruyucu KF94 maskası Bakıya çatdırılıb.

Trend-in məlumatına görə, humanitar yardımın hava limanında qəbulu mərasimində Koreyanın ölkəmizdəki səfirliyinin müşaviri Lim Jean Hyuk və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu iştirak ediblər.

Koreya dünyada koronavirusla uğurla mübarizə aparan ölkələrdən sayılır. Bu ilin fevralında COVID-19 infeksiyasının yayılmağa başladığı dövrdə ölkədə xəstələrin sayı sürətlə artırdı. Buna baxmayaraq dövlət və xalqın həmrəyliyi, eləcə də tibbi heyət üzvlərinin, xüsusilə həkimlərin fədakar səyləri nəticəsində Koreya pandemiyaya qalib gəlib və yüksək yoluxma faizinin qarşısı alınıb.

Bununla yanaşı Koreya koronavirus pandemiyası zamanı istifadə edilmiş test kitləri, maska, tibbi ləvazimatların keyfiyyətinə görə dünya ölkələri tərəfindən yüksək qiymətləndirilib və bir çox ölkələr tərəfindən həmin məhsulların ixracı ilə əlaqədar çoxlu təkliflər alıb. Eləcə də Koreyanın yüksək ixtisaslı tibb heyəti də müalicə texnikası və təcrübə mübadiləsi üçün müxtəlif ölkələrdən çoxlu müraciət alıb.

İ

Məqalədə:
Xəbər lenti

Xəbər lenti