...

"Gazelli Group şirkəti #GazelliYardım proqramı çərçivəsində aztəminatlı ailələrə göstərdiyi yardımı davam etdirir (VİDEO)

Cəmiyyət Materials 10 Avqust 2020 16:00 (UTC +04:00)
"Gazelli Group şirkəti #GazelliYardım proqramı çərçivəsində aztəminatlı ailələrə göstərdiyi yardımı davam etdirir (VİDEO)

Bakı. Trend:

Qurban Bayramı günlərində Gazelli Group-un keçirdiyi xeyriyyə tədbiri ilə Şüvəlan qəsəbəsindəki xüsusi düşərgələrdə yaşayan məcburi köçkünlərin ailələri zəruri ərzaq, həmçinin “Gazelli”nin sanitariya-gigiyena məhsulları ilə təmin olunmuşlar.

Uşaqlar da bu kampaniyada diqqətdən kənarda qalmamış, hər biri bayram hədiyyəsini əldə etmişdir.

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin davam etdiyi müddətdə Gazelli Group holdinqi Covid-19 pandemiyasının təsiri ilə müxtəlif qruplardan çətin maddi vəziyyətə düşən aztəminatlı ailələrə mütəmadi dəstəyini göstərməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti