...

“Quran daim birlik və bərabərliyə, sosial məsuliyyətə, xeyirxahlığa çağırır” – Dindarlara “Hədəf”də MÜRACİƏT

Cəmiyyət Materials 20 Avqust 2020 22:17 (UTC +04:00)
“Quran daim birlik və bərabərliyə, sosial məsuliyyətə, xeyirxahlığa çağırır” – Dindarlara “Hədəf”də MÜRACİƏT

Bakı. Trend:

Sabah Azərbaycanda Məhərrəmlik ayı başlayır. Adətən ölkəmizdə Məhərrəmlik ayı müddətində Aşura günündə məscidlərdə kütləvi dini ayinlər icra edilirdi, qanvermə aksiyaları keçirilirdi. Bu il isə məlum olduğu kimi koronavirus pandemiyası səbəbindən məscidlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Din xadimləri koronavirus pandemiyası dövründə kütləvi dini ayinlərin icra edilməməsini tövsiyə edirlər. Səbəb isə infeksiyanın kütləvi tədbirlərdə daha çox yayılması ehtimallarıdır.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında sözügedən məsələ müzakirəyə çıxarılıb. Verilişin qonaqları olan din xadimləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri Hacı Şamil Rəsulov, Ağasəid yaqubov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə inanclı kəslərə müraciət və tövsiyələrini ediblər. Bildirilib ki, əsas məsələ əhalinin sağlamlığının qorunmasıdır. Qeyd edilib ki, Məhərrəmlik ayı və Aşura mərasimi bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli dövrə təsadüf edir. Ona görə, kütləvi dini ritualların yerinə yetirilməsi məsləhət deyil. Ekspertlər qeyd ediblər ki, Nazirlər kabineti yanında Operativ Qərargahın qaydalarına əməl edilməsi vacibdir. Xatırladılıb ki, epidemioloji vəziyyətlə bağlı Ramazan və Qurban bayramı günlərində də məscidlərdə bayram namazları qılınmayıb. Koronavirus təhlükəsi sovuşmadığı üçün Məhərrəmlik ayında da kütləvi dini tədbirlərin keçirilməsi lazım bilinmir. Vurğulanıb ki, müqəddəs kitabımız olan Quran daim birlik və bərabərliyə, sosial məsuliyyətə, xeyirxahlığa çağırır. Bu baxımdan dindar kəsim hazırkı vəziyyəti anlayışla qarşılamalıdır.

“Hədəf”in tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz. https://www.youtube.com/watch?v=3vTJN3Z4l6A&list=PLOBkCoG0eyX7xoeRbVe_UDH8-gINYpV42&index=2&t=0s

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti