Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirus pandemiyası səbəbindən məscidlər bağlı olduğu üçün Məhərrəm ayında din xadimləri canlı yayımlar vasitəsilə insanlara müraciət edir. Yəni ayinlər sosial şəbəkələr üzərindən canlı yayım vasitəsilə icra olunur və insanlar öz evlərindən həmin mərasimlərə qoşula bilirlər.
Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Ş.Həsənli bildirib ki, Ramazan ayı boyunca da belə oldu: “Artıq Məhərrəm ayının ilk günlərindən din xadimlərinin çıxışları, xütbələri sosial şəbəkələrdə yayımlanır. Aşura günü də bu şəkildə davam edəcək. Mən özüm də artıq sosial şəbəkə üzərindən çıxış etmişəm. İnsanlar tərəfindən maraq böyükdür, qoşulan insanların sayı çoxdur”.