Bakı. Elçin Mehdiyev – Trend:
2020-ci ilin yanvar-iyun aylarında Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri əvvəlki ilin yanvar-iyun aylarına nisbətən sabit qiymətlərlə 5,4 faiz azalaraq 228,4 milyon manat təşkil edib.
Trend-in məlumaqtına görə, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 32,5 faiz, tikinti gipsinin istehsalı isə 9,2 dəfə artıb.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində isə yanvar-iyun aylarında 202,4 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə metallurgiya sənayesində 8,5 faiz azalıa, hazır metal məmulatlarının istehsalı sahəsində isə 1,2 faiz artım müşahidə olunub.
Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı isə 31,7 faiz, alüminium çubuqlar, millər və profillər 2,3 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 54,6 faiz artıb, qara metallardan sair konstruksiyaların istehsalı 51 faiz, armaturun istehsalı isə 25,8 faiz azalıb.