...

Mübariz Qurbanlı Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüş keçirib

Cəmiyyət Materials 28 Avqust 2020 17:44 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüşü keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bildirib ki, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissini gücləndirmək, onlarda liderlik keyfiyyətlərini inkişaf etdirməkdir. İntiqam Babayev qeyd edib ki, hazırki proqramın ən gənc iştirakçısı bu il orta məktəbi bitirib. Çıxışının davamında nazir müavini vurğulayıb ki, keçirilən bu görüşlərin hər birinin ən böyük özəlliyi, müxtəlif sahələrə məsul şəxslərlə gənclərin birbaşa görüşüdür ki, bu da onlarda daha geniş məlumat bazasının yaranmasına və gələcək inkişafları istiqamətində böyük biliklərin əldə olunmasına səbəb olur.

Proqram iştirakçılarını salamlayan Mübariz Qurbanlı Prezident İlham Əliyevin başçılığı ilə aparılan gənclər siyasətinin önəminə toxunaraq, ölkəmizdə gənclərin təhsili, inkişafı, dünyaya inteqrasiya etməsi, eyni zamanda milli dəyərlərə malik olan vətəndaş kimi tərbiyə almaları istiqamətində mühüm işlər görüldüyünü bildirib. Komitə sədri gənclərə ölkəmizdəki nümunəvi tolerant və multikultural ənənələrə əsaslanan dövlət-din münasibətləri, mövcud dini durum, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyalar barədə geniş məlumat verib. Ölkəmizdə mövcud olan uğurlu dövlət-din münasibətinlərinin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri barədə gəncləri məlumatlandıran Komitə sədri bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, bu zəngin xəzinənin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilib, qapıları uzun müddət bağlı qalan müqəddəs ibadət ocaqları fəaliyyətini bərpa edib, onların təmiri və inşası geniş vüsət alıb. Azərbaycan xalqının Ulu Öndəri ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsində, dinlərarası dialoqun inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, böyüməkdə olan nəsillərin sağlam ruhda tərbiyəsində, eləcə də bölgədə sülhün və sabitliyin bərqərar edilməsində xüsusi rol oynayıb. Bu siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran M.Qurbanlı qeyd edib ki, bu gün Azərbaycanda din sahəsinə böyük diqqət və qayğı var.

Çıxışında cəmiyyətin bütün təbəqələrinin, xüsusilədə gənclərin yad dini ideologiyaların təsirinə düşməməsi üçün daha çox sağlam dini bilgilərə yiyələnmələrinin vacibliyinu diqqətə çatdıran DQİDK sədri Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində “Multikulturalizmə giriş” dərsliyinin və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən söz açıb. Daha sonra proqram iştirakçılarının suallarını cavablandıran Mübariz Qurbanlı gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti