...

BNA aşan krana görə sürücülərə müraicət etdi: Azadlıq prospektinə giriş bağlanıb (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2020 14:29 (UTC +04:00)
BNA aşan krana görə sürücülərə müraicət etdi: Azadlıq prospektinə giriş bağlanıb (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində kranın aşması ilə əlaqədar Həsən Əliyev küçəsindən Azadlıq prospektinə giriş (şəhər istiqamətində) bağlanıb.

BNA-dan Trend-ə verilən məlumata görə, hazırda avtomobillər eləcə də, müntəzəm və ekspres xətlər üzrə avtobuslar alternativ yollardan keçməklə hərəkət edirlər. Sürücülərdən zərurət olmadığı halda bu istiqamətdə hərəkətdən çəkinmələrini xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti