...

Bu il ixtisas qrupları üzrə qəbul planlarında olan dəyişikliklər açıqlandı

Cəmiyyət Materials 8 Sentyabr 2020 15:38 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il ali məktəblərə qəbul planı 1,79 faiz - 858 yer artıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 2020-2021-ci tədris ili üzrə 1-ci ixtisas qrupu üzrə qəbul planı 1,6 faiz (299 yer), 2-ci qrup üzrə 2,69 faiz (381 yer) azalıb. Bu il 3-cü qrup üzrə qəbul planı 9 faiz (1015 yer) 4-cü qrup üzrə 10,5 faiz (390 yer), 5-ci qrup üzrə 3,71 faiz (133 yer) artım olub.

M.Abbaszadə qeyd edib ki, bu il Azərbaycan Tibb Universiteti, Azərbaycan Gömrük Akademiyası, Xəzər Universiteti, Bakı Biznes Universitetinin qəbul planı artırılıb. Bakı Xoreoqrafiya Akademiyasının və Azərbaycan Dövlət Dəniz Akademiyasının qəbul planı isə azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti