...

Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır

Cəmiyyət Materials 23 Sentyabr 2020 15:35 (UTC +04:00)
Ramin Bayramlı: Azərbaycanda koronavirusa qarşı peyvəndlə bağlı strategiya hazırlanır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.

O qeyd edib ki, hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansısa biri beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da o vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti