...

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb

Cəmiyyət Materials 26 Sentyabr 2020 14:45 (UTC +04:00)
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb

Bakı. İlhamə İsabalayeva - Trend:

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisas seçimi etmək hüququ olan 460 namizəddən 456 nəfəri (Azərbaycan bölməsi - 424; rus bölməsi – 32) öz ərizəsini təsdiqləyib.

Müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti