...

Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət etdi

Cəmiyyət Materials 28 Sentyabr 2020 11:27 (UTC +04:00)
Təhsil Nazirliyi internet probleminə görə şagirdlərə müraciət etdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilib:

"Bu səbəbdən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti