Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gündən ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb.
Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bu vaksinasiya tədbirləri tibb işçiləri - həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir.
T.Eyvazov bildirib ki, 2020-2021-ci ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi üçün vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.
Payız-qış aylarında adətən kəskin respirator virus infeksiyalarına yoluxma sayının artdığını deyən baş infeksionist vaksinasiyanın pandemiyaya qarşı əks epidemik tədbirlərdən biri olduğunu nəzərə çatdırıb.