...

33 şagirddə koronavirus aşkarlanıb

Cəmiyyət Materials 15 Oktyabr 2020 16:00 (UTC +04:00)
33 şagirddə koronavirus aşkarlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, oktyabrın 15-də 14 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 33 şagird və 12 işçidə koronavirus aşkarlanıb.

Ötən gün 8 sinif və 7 məktəb distant təhsilə keçib. Əyani təhsilə qaytarılmış siniflərin sayı 3 olub.

İndiyə qədər ölkə üzrə 37 məktəb, 60 sinifdə əyani tədris dayandırılıb və distant təhsilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti