...

Koronavirusun artmasının səbəbi məktəblərin açılması ilə bağlı deyil - TƏBİB

Cəmiyyət Materials 16 Oktyabr 2020 11:46 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus xəstəliyinin artmasının səbəbi məktəblərin açılması ilə bağlı deyil.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Trend-in müxbirinin sualına cavab olaraq deyib.

Y.Qarayeva bildirib ki, cəmiyyətdə koronavirusla bağlı rahatlıq yaranmışdı:

“Sentyabr ayının sonundan biz hamımız koronavirusla bağlı bir az arxayınlaşmışdıq. Ona görə də koronavirusun artmasını məktəblərin açılması ilə əlaqələndirmək olmaz”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti