...

Kamran Əliyev yüksək vəzifəyə təyin olundu

Cəmiyyət Materials 16 Oktyabr 2020 12:32 (UTC +04:00)
Kamran Əliyev yüksək vəzifəyə təyin olundu

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Bu barədə Trend-ə K.Əliyev özü məlumat verib. O bildirib ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Hazırda idarənin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti