...

Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2020 16:23 (UTC +04:00)
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 26-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur.

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti