...

Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Cəmiyyət Materials 28 Oktyabr 2020 14:01 (UTC +04:00)
Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Bakı.Trend:

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Baş prokurorluqdan Trend-ə verilən məlumata görə, 14 nəfər həlak olub, 40-dan çox yaralı var.

XXX

13:53

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub.

Trend-in məlumatına görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “Twitter”də Bərdənin atəşə tutulmasında yazıb. Bildirib ki, Tərtərdən sonra Bərdəyə də raket hücumu həyata keçirib:

"Ermənilər mülki şəxslərin dünənki qətlindən heç bir dərs çıxarmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti