...

Şamaxı rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Cəmiyyət Materials 3 Noyabr 2020 10:56 (UTC +04:00)
Şamaxı rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Bakı. Samir Əli - Trend:

Şamaxı rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, bu barədə qurumun idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.

Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib.

1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub.
O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb.

“İnteqrasiyalı İnkişaf Qrupu” Ictimai Birliyinin sədridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti