...

Müharibə şəraitində informasiya mübarizəsi yüksək səviyyədə təşkil olunub - Novella Cəfəroğlu

Cəmiyyət Materials 4 Noyabr 2020 15:57 (UTC +04:00)
Müharibə şəraitində informasiya mübarizəsi yüksək səviyyədə təşkil olunub - Novella Cəfəroğlu

Bakı. Samir Əli - Trend:

Azərbaycanda müharibə şəraitində informasiya müharibəsi tam normal və yüksək səviyyədə təşkil olunub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. O bildirib ki, bu prosesdə Azərbaycanın media sahəsində çalışanlar əlindən gələni edir və biz Ermənistana informasiya müharibəsində də üstünlük qazandıq: "Azərbaycan xalqı ilə həqiqətən qürur duyuram. Bu məqamda Azərbaycan xalqı yumruq kimi birləşərək mübarizəyə birlikdə başladı. Azərbaycan Ordusunun rəşadəti xalqın inamını artırdı. Müharibə şəhidsiz olmur. Şəhidlərimiz, yaralılarımız var. Bu prosesdə Azərbaycan Prezidenti əsl yeni siyasi liderlik nümayiş etdirdi. Artıq Azərbaycanın Ali Baş Komandanı bu iradəsi ilə bütün dünyaya liderlik nümunəsi təqdim etdi. Heç bir dövlət başçısında belə siyasi iradə görünməmişdi. Azərbaycan Prezidenti bu döyüşlərdə əsl sərkərdə, siyasi lider kimi tanındı. Bu, qürurvericidir. Prezidentin bu cür siyasi liderliyi bütün əhalini ətrafında birləşdirə bildi. Xalq Prezident ətrafında yumruq kimi birləşdi və nəticə məlumdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti