...

Mərkəzi Gömrük Hospitalının həkimləri onlayn beynəlxalq konqresdə çıxış ediblər

Cəmiyyət Materials 20 Noyabr 2020 11:57 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının həkimləri onlayn beynəlxalq konqresdə 
çıxış ediblər

Bakı. Trend:

18 noyabr 2020-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Türkiyənin Ankara Universiteti, Amerika Birləşmiş Ştatlarının Vanderbilt Universiteti və "Up-to-date in medicine Tibbi Konsaltinq" şirkətinin birgə təşkilatçılığı ilə “Neonatologiyada Yeniliklər» mövzusunda Beynəlxalq Konqres öz işinə başlayıb.

Onlayn formatda keçirilən tədbirdə Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq Dr.Telman Aytayev “Yenidoğulmuşlarda radioloji müayinə”, Hospitalın pediatr-neonatoloq-reanimatoloqu Dr.Təranə Göyüşova isə “Yenidoğulmuşlarda tranzitor hallar” mövzusunda çıxış edib və tədbirə qoşulan dinləyicilərin suallarını cavablandırıb.

Mərkəzi Gömrük Hospitalının həkimlərinin də məruzəçi kimi çıxış etdikləri tədbirdə Azərbaycan həkimləri ilə yanaşı Türkiyə Cümhuriyyəti, Amerika Birləşmiş Ştatları və digər ölkələrin aparıcı alim və mütəxəsislərinin də kliniki neonatologiyada müasir nəzəri və praktiki yanaşmalar, neonatologiya sahəsində ən son elmi tədqiqatların nəticələri və qarşıda duran aktual problemlərin həlli mövzularında çıxışları dinlənilib.

20 noyabr 2020-ci il tarixinədək davam edəcək tədbirin əsas məqsədi neonatologiya sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq mütəxəssislər arasında əməkdaşlıq əlaqələri qurmaq, eləcə də tibb və səhiyyə sahələrində mütəxəssislərin inkişafı üçün bilik və bacarıqların mübadiləsinə zəmin yaradacaq uzunmüddətli platforma yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti