...

Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq

Cəmiyyət Materials 3 Dekabr 2020 14:20 (UTC +04:00)
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq

Bakı.İlhamə İsabalayeva - Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2021-2022-ci illərdə Uşaq Məcəlləsinin layihəsini hazırlamağı nəzərdə tutur.

Bunu Trend-ə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın Fəaliyyət Planı üzrə birinci istiqamət uşaqların müdafiəsi sahəsində normativ hüquqibazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən öyrənilməsi ilə bu sahədəçevik institusional mexanizmlərin formalaşdırılmasıdır:

"Buraya yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, uşaqlara qarşı zorakılığın qadağan olunması, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinədair tələblərin hazırlanması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, inklüziv təhsilə dairnormativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə təkliflər hazırlanması yer alıb. Plana uyğun olaraq, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və bu sahədə tədbirlərinin həyata keçirilməsi üzrə işlək mexanizm yaradılması da planlaşdırılır".

F.Ədilov əlavə edib ki, Fəaliyyət Planının bu istiqamətləri üzrə 2021-2022-ci illərdə Uşaq Məcəlləsinin layihəsinin hazırlanması da nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti