...

Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Dekabr 2020 16:33 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib (FOTO)

Bakı. Trend:

2020-ci ilin 5 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin IV modul təlimi keçirilib.

MDU-dan Trend-ə bildirilib ki, “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimi açan MDU-nun “İqtisadiyyat və idaretmə” fakültəsinin dekan müavini Cəlil Bağırov, ilk növbədə, iştirakçılara MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə münasibətilə təbrikini çatdırıb.
Sonra C.Bağırov təlimin mövzusu və təlimçi haqqında iştirakçılara məlumat verib.
Təlimçi, “Four Seasons Baku” Hotelinin İnsan resursları və mədəniyyət üzrə bölüm rəhbəri İdil Tumoz Eratay “Turizm və mehmanxana işinin təşkilində kadrların yetişdirilməsi və komanda işi mövzusunda çıxış edib. O, turizm sahəsində kadr hazırlığının müasir tələbləri, peşəkarlığın yüksəldilməsində dil biliklərinin inkişaf etdirilməsi ilə yanaşı milli, tarixi və mədəni irsimizin öyrənilməsinin vacibliyi, komanda işinin effektiv təşkili və digər məsələlərdən bəhs edib və təmsil etdiyi “Four Seasons Baku” Hotelinin təcrübəsini bölüşüb.

Sonda,məruzəçi İdil Tumoz təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, sözügedən təlim birgə layihə çərçivəsində keçirilən sonuncu təlim idi. Dörd moduldan ibarət təlimlərdə MDU, ATMU və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri, mövzu ilə maraqlanan digər şəxslər iştirak ediblər. Bütün modullara qoşulmuş iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcəkdir.

Son dövrdə MDU əmək bazarının müasir tələblərinə uyğun səviyyədə yüksək ixtisaslı kadr hazırlanması məqsədilə sənaye müəssisələri ilə əməkdaşlığın inkişafına xüsusi diqqət göstərir və bu istiqamətdə çoxsaylı birgə layihələr reallaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti