...

Kütləvi vaksinlər tətbiq edilənə qədər vətəndaşlarımızın sağlamlığını qorumalıyıq - Hikmət Hacıyev

Cəmiyyət Materials 8 Dekabr 2020 15:03 (UTC +04:00)
Kütləvi vaksinlər tətbiq edilənə qədər vətəndaşlarımızın sağlamlığını qorumalıyıq - Hikmət Hacıyev

Bakı. Elçin Mehdiyev - Trend:

Sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı cəmiyyətdən də tələblər var.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda yeni yoluxma 4500-dən artıqır ki, bu da kifayət qədər ciddi rəqəmlərdir və həyəcan təbili çalınır.

H.Hacıyev bildirib ki, sərt karantin rejiminin tətbiqinin məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasıdır, ölüm hallarının qarşısının alınmasıdır:

"Kütləvi vaksinlər tətbiq edilənə qədər vətəndaşlarımızın sağlamlığını qorumalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti