...

AQTA bitkiçilik sahəsində keçirdiyi monitorinqin nəticəsini açıqladı

Cəmiyyət Materials 8 Dekabr 2020 17:23 (UTC +04:00)
AQTA bitkiçilik sahəsində keçirdiyi monitorinqin nəticəsini açıqladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublika ərazisində fitosanitar sabitliyin qorunması, xüsusilə “COVID-19” pandemiyasının yayılması ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminin davam etdiyi hazırkı şəraitdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 474 bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən təsərrüfat subyektində 566 monitorinq keçirib.

Agentlikdən Trend-ə verilən məlumata görə, monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarının istehsal və saxlanma sahəsində fəaliyyət göstərən sahibkarlar mövcud zərərli orqanizmlər, onlara qarşı mübarizə üsulları, pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydaları və pestisidlərin tətbiqi reqlamentinə düzgün əməl edilməsi barədə yerində məlumatlandırılmış, həmçinin uyğunsuzluq aşkarlanan istehsal sahələrində sağlamlaşdırıcı tədbirlərin aparılması üçün tövsiyələr verilmişdir.

Reyd keçirilən təsərrüfat subyektlərindən 277 nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilmiş, prioritet məhsullardan olan pomidor becərilən 117 istehsal sahəsində, xurma becərilən 164 istehsal sahəsində 9 halda (xurma, alma və pomidorun istehsal sahələrində) karantin tətbiq edilən zərərvericilər aşkarlanmışdır.

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarları bitki sağlamlığının təmin olunması məqsədilə bitki və bitkiçilik məhsullarının istehsal sahələrində nəzərdə tutulmuş qaydalara düzgün əməl etməyə və uyğunsuzluq aşkarlanan istehsal sahələrində sağlamlaşdırıcı tədbirlərin aparılmasına ciddi şəkildə riayət etməyə çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti