...

Azərbaycanda bu qanun layihəsi ləğv edildi

Cəmiyyət Materials 22 Dekabr 2020 11:33 (UTC +04:00)
Azərbaycanda bu qanun layihəsi ləğv edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda “Şərti maliyyə vahidi haqqında” qanun ləğv edilib.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Müzakirələrdən sonra qanunun ləğv edilməsi səsverməyə qoyularaq qəbul edilib.

Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti