...

Bir sıra ixtisasların qrupu dəyişdirilir - DİM-dən abituriyentlərə müraciət

Cəmiyyət Materials 23 Dekabr 2020 13:51 (UTC +04:00)
Bir sıra ixtisasların qrupu dəyişdirilir - DİM-dən abituriyentlərə müraciət

Bakı. İlhamə İsabalayeva - Trend:

“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin (DİM) birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.

DİM-dən Trend-ə verilən məlumata görə, qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid olan fənlər üzrə tələb olunan bilik və bacarıqlar nəzərə alınaraq 2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti