...

Gəncədə Cavad xanın anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Yanvar 2021 14:14 (UTC +04:00)
Gəncədə Cavad xanın anım mərasimi keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bu gün Gəncədə böyük Azərbaycan sərkərdəsi, Çar Rusiyasının müstəmləkiçilik siyasətinə qarşı apardığı döyüşlərdə qəhrəmancasına həlak olan Cavad xanın xatirəsi anılıb.

Trend-in məlumatına görə, mərasim iştirakçıları öncə Cavad xanın məzarını ziyarət ediblər.

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və digər şəxslər iştirak ediblər. Mərasim karantin qaydalarına uyğun olaraq məhdud sayda ziyarətçi ilə keçirilib.

Tarixi mənbələrdə qeyd olunur ki, Gəncə qalası əlverişli coğrafi mövqedə yerləşdiyindən önəmli rola malik olduğundan Çar Rusiyası üçün Gəncə qalasının tutulması əsas hədəflərdən olub. Bir neçə dəfə Gəncə xanlığının hökmdarı Cavad xana təslim olmaq təklif olunsa da Cavad xan bu təklifi rədd edib. Rus general Pavel Sisianov 1803-cü il noyabrın 20-də Tiflis istiqamətindən Gəncəyə doğru irəliləyir, dekabr ayında qoşun Gəncə qalasına çatır. General Pavel Sisianov 3 yanvar 1804-cü ildə hücum əmrini verir və Cavad xan oğulları ilə birlikdə döyüşərək qəhrəmancasına həlak olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti