...

DGK-nın saytında yaranan problem davam etməkdədir

Cəmiyyət Materials 6 Yanvar 2021 16:59 (UTC +04:00)
DGK-nın saytında yaranan problem davam etməkdədir

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dövlət Gömrkü Komitəsinin (DGK) saytında yaranan problem davam etməkdədir.

Trend-in məlumatına görə, bu barədə komitədən bildiriblər. Qeyd olunub ki, yaranan çətinliklər tezliklə aradan qaldırılacaq:

""Smart Customs" tətbiqinin və e.customs.gov.az portalının fəaliyyətində yaranan texniki problemlərin aradan qaldırılıması istiqamətində müvafiq tədbirlər həyata keçirilir və bəyanetmə prosesində yaranan çətinliklər tezliklə aradan qaldırılacaq. Dövlət Gömrük Komitəsi bildirir ki, daşıyıcı şirkətlər yaranmış problem həllini tapana qədər xarici anbarlarındakı malları ölkəyə gətirə bilərlər və bununla bağlı heç bir məhdudiyyət yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti