...

Ordumuz Şuşaya yaxınlaşanda erməni dustaqlar həbsxanadan köçürüldü, bizi isə... - Dilqəm Əsgərov

Cəmiyyət Materials 7 Yanvar 2021 16:37 (UTC +04:00)
Ordumuz Şuşaya yaxınlaşanda erməni dustaqlar həbsxanadan köçürüldü, bizi isə... - Dilqəm Əsgərov

Bakı. Samir Əli - Trend:

Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqda ermənilər öz dustaqlarını həbsxanadan köçürdülər.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni girovluğundan azad edilən Dilqəm Əsgərov deyib. O bildirib ki, Azərbaycan Ordusunun Şuşaya yaxınlaşmasını atəş səslərindən biliblər:

"Şuşa türməsinin rəisi dərhal göstəriş verdi ki, erməni dustaqlar köçürülsün. Onları köçürdülər, amma bizi aparmadılar. Bizim sadəcə gündüz gəzintimizi ləğv etdilər. Artıq on gün idi ki, bizi həyətə gəzməyə çıxarmırdılar. Azərbaycan əsgərlərinin hücumunu görən ermənilər artıq qorxuya düşmüşdülər. Onlar bizə psixoloji təsir etməyə çalışırdılar. Amma biz sevinirdik. Bilirdik ki, Azərbaycan əsgərləri torpaqları azad edir. Erməni türməsinin rəisi bizi qorxudurdu. Amma biz bilirdik ki, onlar qorxudan bizə təsir etmək istəyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti