...

Əsgər yoldaşını xilas etmək üçün təhlükəyə atılan qazi Kənan Musayev (VİDEO)

Cəmiyyət Materials 8 Yanvar 2021 15:57 (UTC +04:00)
Əsgər yoldaşını xilas etmək üçün təhlükəyə atılan qazi Kənan Musayev (VİDEO)

Bakı. Trend:

30 illik vətən həsrətini 44 günlük müharibə və 30 illik güclü hazırlıqla qələbəyə yaxınlaşdıran ordumuzun hər bir əsgəri, hər bir şəhid və qazisi bizim üçün dəyərlidir. Bu gün həmin qiymətli xəzinəmizdən biri olan qazi Kənan Musayevi tanıyacağıq.

Tarix yazan hərbçilərimizdən biri kimi Kənan sinəsini düşmən gülləsinə sipər edərək qəhrəmancasına vuruşub, əsgər yoldaşını qardaş bilib özünü qabağa verib. Birinci Qarabağ savaşında iştirak edən əmisini örnək götürən qazimiz uşaq vaxtlarından hərb sahəsinə maraqlı olub ki, müharibə zamanı da könüllü sürətdə ön xəttə yazılıb.

Ali Baş Komandanın hərbçilərimizə xüsusi diqqət və qayğısını hiss edən qazimiz ölkə Prezidentinin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Oğlundan fəxrlə danışan qazimizin atası digər oğlunu da hərbi xidmətə yola salıb və Vətən üçün övladlarının canından keçməsi belə onun üçün fəxr olduğunu bildirib.

Nə qədər ki igid, cəsur Ordumuz, Vətəni üçün canından keçməyə hazır olan hərbçilərimiz var, bu Vətən dara düşməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti