...

Paytaxtın iki prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Cəmiyyət Materials 8 Yanvar 2021 16:58 (UTC +04:00)
Paytaxtın iki prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı. Samir Əli - Trend:

Bakının Ziya Bünyadov və Azadlıq prospektlərində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirlir ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti